Almaniya 2-ci Bundesliqasında 30-cu turun oyunları davam edir.
Elchi.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Nürnberq” bu gün öz meydanında “Paderborn”la qarşılaşır. Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayıb.
Millimizin futbolçusu oyunun 2-ci dəqiqəsində hesabı açıb.
Qeyd edək ki, hazırda “Paderborn” 45 xalla 7-ci, “Nürnberq” isə 44 xalla 8-ci pillədə qərarlaşıb.