İspaniyanın “Real” (Madrid) klubunun futbolçusu Cud Bellinqem UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Arsenal”a məğlub olaraq mübarizəni dayandırdığına görə azarkeşlərdən üzr istəyib.
Elchi.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Rəqibə qarşı hər iki oyunda ümidləri doğrulda bilmədik. Madridlilər, bizi bağışlayın. Çempionlar Liqası gecələrinin sizin üçün nə dərəcədə vacib olduğunu bilirik. La Liqada mövsümü çempion kimi başa vurmaq şansımız davam edir. “Real” geri qayıdacaq”, – deyə o qeyd edib.
Məlumat üçün bildirək ki, Madrid təmsilçisi yarımfinala gedən yolda “Arsenal”a hər iki matçda (0:3, 1:2) uduzub.
Xavər