image-b5e86fab-3360-3329-aa39-8cd1821795ec_850backend

Qadın futbolçulardan ibarət Azərbaycan yığması Millətlər Liqasında Litvaya qalib gəlib

Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında Litvaya qalib gəlib.

Elchi.az -ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv C Liqasının IV qrupunda meydan sahiblərini 2:0 hesabı ilə üstələyib.

Vilnüsdəki “Jalgiris” stadionunda təşkil edilən qarşılaşmada yığmanın qollarını Manya Esra (21) və Nigar Mirzəliyeva (55) vurub.

Qeyd edək ki, Azərbaycan yığması aprelin 8-də səfərdə Monteneqro ilə üz-üzə gələcək. Komanda daha əvvəl Bakıda bu rəqiblə qolsuz heç-heçə edib. Qrupda iki oyun keçirən Monteneqro Litvanı 3:1 hesabı ilə üstələyib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki