image-347e49e9-d115-3049-bd04-f00d613b7165_850backend

Çin ABŞ rüsumları ilə bağlı ÜTT-də məsləhətləşmələr başladır

Çin ABŞ-nin onlara qarşı təkrar rüsumlarını müzakirə etmək üçün Ümumdünya Ticarət Təşkilatında (ÜTT) rəsmi şəkildə məsləhətləşmələr tələb edib.

Elchi.az xəbər verir ki, bu barədə qurumun saytında bildirilib.

“Çin ABŞ-nin aprelin 5-dən bütün ticarət tərəfdaşlarından idxala 10 %, aprelin 9-dan isə Çindən idxala əlavə 34 % rüsum tətbiq edəcək addımları ilə bağlı ABŞ ilə bağlı ÜTT mübahisələrinin həlli üzrə məsləhətləşmələr tələb edib”, – bəyanatda deyilir.

Çin tərəfi iddia edir ki, bu addımlar ABŞ-nin 1994-cü ildə qəbul edilən “Tariflər və Ticarət üzrə Baş Saziş” (GATT) və bəzi digər sazişlər üzrə öhdəliklərinə uyğun gəlmir.

Bəyanatda bildirilir ki, bu demarş tərəflərə mövcud vəziyyəti müzakirə etmək və məqbul həll yolu tapmağa çalışmaq imkanı verir. 60 gündən sonra məsləhətləşmələr nəticə vermədikdə, məsələ mübahisələrin həlli üzrə xüsusi komissiyaya göndərilə bilər.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki