image-8ebdc3c504cb75d8d6b7ea8996e9b969backend

Makron Zelenski ilə danışıb

Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla danışıb.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” Yelisey sarayına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Ukrayna lideri ilə telefon danışıqları Makronun ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiven Vitkoff və ABŞ dövlət katibi Marko Rubio ilə görüşündən əvvəl aparılıb.
Əlavə məlumat verilmir.
Aprelin 16-da Vittkoffun Makronla danışıqlar üçün Parisə səfər edəcəyi məlum olub . ABŞ dövlət katibi Fransaya da gələcək və burada ölkənin xarici işlər naziri Jan-Noel Barrotla görüşəcək.
ABŞ Dövlət Departamenti həmçinin Rubio və Witkoffun avropalı həmkarları ilə Ukraynadakı münaqişənin həllini müzakirə etmək üçün Parisə gedəcəklərini bildirib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki