NATO ölkələrinin xarici işlər nazirləri mayın 14-15-də Antalyada qeyri-rəsmi görüş keçirəcəklər.
Elchi.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
“14-15 may tarixlərində Antalyada NATO-nun baş katibi Mark Rüttenin sədrliyi ilə xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək”, – məlumatda bildirilib.
Alyans hələlik görüşün gündəliyinin təfərrüatlarını açıqlamır. Lakin aprelin 3-4-də NATO nazirlərinin Brüssel görüşünün nəticələrinə əsasən, bir sıra mənbələr bildirib ki, alyansın iyulda Niderlandda keçiriləcək sammitinə qədər XİN başçılarının əlavə qeyri-rəsmi görüşü çağırıla bilər. Bu görüş hərbi xərclərin artırılaraq ÜDM-in 2 %-dən 5 %-nə çatdırılması planları üzrə kompromis axtarışlarına həsr olunacaq. Həmçinin Ukraynaya yeni silah tədarükü məsələsi də müzakirə ediləcək.