İraqın baş naziri Məhəmməd Şia əl-Sudani prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə dəvətini məmnuniyyətlə qəbul etdiyini bildirib.
Elchi.az xəbər verir ki, İraq Baş Nazirliyi Mətbuat İdarəsindən verilən yazılı açıqlamaya görə, Sudani Türkiyənin Bağdad səfiri Anıl Bora İnanı qəbul edib.
Qəbul zamanı prezident Ərdoğandan may ayında Türkiyədə keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün rəsmi dəvət alan Sudani dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirib.
Sudani hökumətinin Türkiyə ilə bütün sahələrdə əlaqələrin inkişaf tempini davam etdirmək əzmində olduğunu vurğulayaraq, təhlükəsizlik, su ehtiyatları, sənaye, müdafiə sənayesi, enerji, nəqliyyat, ticarət və ali təhsil kimi ortaq sahələr üzrə faylların hazırlanmasına dair göstərişlər verib və bu sahələrdə hərtərəfli əməkdaşlığın iki ölkənin ortaq maraqlarını gücləndirəcəyini bildirib.
Nuranə Məmmədova