ABŞ ilə nüvə müzakirələrinin ikinci raundu öncəsi Rusiyaya gedən İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya prezidenti Vladimir Putinə İran lideri Əli Xamneidən məktub gətirdiyini bildirib.
Elchi.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi diplomatik təmaslar aparmaq üçün bu gün Rusiyanın paytaxtı Moskvaya gedib.
Əraqçinin səfəri ABŞ və İran arasında şənbə günü İtaliyanın paytaxtı Romada keçiriləcək nüvə danışıqlarının ikinci raundu öncəsinə təsadüf edir və Əraqçinin Rusiya prezidenti Vladimir Putinə İran lideri Əli Xamneidən mesaj gətirdiyi bildirilir. İranın nüvə məsələlərində həmişə Rusiya ilə məsləhətləşdiyini qeyd edən Əraqçi, Xamneinin Putinə yazdığı məktubunda beynəlxalq, regional və ikitərəfli məsələlərin də yer aldığını bildirib.
Nuranə Məmmədova