image-el-kassam-tugaylarindan-israile-misilleme-warm-1backend

Əl-Qəssam briqadaları İsrailə qarşı qisas alır

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrail ordusuna məxsus üç Mervaka tankının raketlərlə vurulduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, Qəzzada atəşkəsi birtərəfli qaydada pozan və qırğınlarını yenidən sürətləndirən İsrail HƏMAS-dan qisas aldı. HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları, son 24 saat ərzində Qəzzanın şərqindəki ət-Tuffah məhəlləsindəki əl-Vefa xəstəxanası yaxınlığında üç İsrail Merkava tankının Yasin 105 raketləri ilə hədəf alındığını açıqladı. İsrail ordusu məsələ ilə bağlı heç bir açıqlama verməyib.
İSRAİL atəşkəsi pozdu
İsrail martın 18-də Qəzzada atəşkəsi birtərəfli qaydada pozaraq dinc əhaliyə qarşı hücumlarını yenidən gücləndirib. İsrailin Misir vasitəsilə Həmas-a göndərdiyi yeni atəşkəs təklifində silahı yerə qoymaq şərtinin də yer aldığı ictimaiyyətə çatdırılıb. HƏMAS-ın sözçüsü Sami Əbu Zuhri, HƏMAS-ın silahlarının yerə qoyulması da daxil olmaqla atəşkəs təklifinin qəbuledilməz olduğunu bildirib və əlavə edib: “Müqavimətin silahları milyon dəfə bizim qırmızı xəttimizdir”.
“Təslim olmaq HƏMAS hərəkatı üçün bir seçim deyil. Biz xalqımızın iradəsinin qırılmasını qəbul etməyəcəyik” deyən Əbu Zuhri, “Həmas təslim olmayacaq, ağ bayraq qaldırmayacaq və işğala qarşı bütün təzyiq kartlarından istifadə edəcək” deyib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki