image-4a74ebef-9c4f-3abc-9142-2b7894e687cd_850backend

Milli Müdafiə Universitetinin nümayəndə heyəti Bolqarıstana səfər edib

Azərbaycanın Milli Müdafiə Universitetinin (MMU) nümayəndə heyəti Sofiya şəhərində Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyasının yaradılmasının 113-cü ildönümünə həsr olunmuş təntənəli tədbirdə iştirak edib.

Elchi.az xəbər verir ki, tədbirdən sonra MMU-nun rektorunun elm üzrə müavini – Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov G.S.Rakovski adına Hərbi Akademiyanın rəisi general-mayor Stayko Prokopiev ilə görüşüb.

Görüş zamanı qarşılıqlı brifinqlər təqdim olunub, hərbi təhsil sahəsində ikitərəfli əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan Ordusunda həyata keçirilən islahatlar çərçivəsində Milli Müdafiə Universitetində aparılan struktur dəyişiklikləri, innovativ və texnoloji yeniliklər nəzərə alınmaqla tədris prosesinin təkmilləşdirilməsi, eləcə də digər inkişaf istiqamətlərinə dair məlumat verilib.

Tərəflər MMU ilə G.S.Rakovski adına Hərbi Akademiya arasında davamlı və faydalı əməkdaşlığın vacibliyini xüsusi vurğulayıblar.

Səfər çərçivəsində MMU-nun nümayəndə heyəti Akademiyada təhsil alan azərbaycanlı kursantlarla görüşüb, onların tədris prosesi, sosial-məişət şəraiti və ümumi hazırlıq səviyyələri ilə maraqlanıb.

Kursantların təklif və fikirlərini dinləyən MMU-nun nümayəndələri onları maraqlandıran sualları cavablandırıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki