image-moldova-secimlerbackend

Moldova parlament seçkilərinin tarixini açıqlayıb

Moldova parlamenti ölkədə parlament seçkilərinin sentyabrın 28-də keçirilməsi barədə qərar qəbul edib.
Elchi.az xəbər verir ki, Hakim Hərəkət və Həmrəylik Partiyasının (AKP) təşəbbüsü ilə toplanan parlamentdə parlament seçkilərinin vaxtının müəyyənləşdirilməsi üçün səsvermə keçirilib.
101 yerlik parlamentin iclasında 57 deputat sentyabrın 28-də keçiriləcək seçkilərə “hə” səs verib.
Seçkilərin iyulda keçirilməsini tələb edən Moldova Sosialist Partiyası və Kommunist Partiyasından olan deputatlar səsvermədə iştirak etməyiblər.
– Moldovada 2021-ci ildə növbədənkənar parlament seçkiləri keçirilib
Moldovada 2021-ci ilin iyulunda növbədənkənar parlament seçkiləri keçirilib.
Moldovada prezident Maya Sandu tərəfindən qurulan Fəaliyyət və Həmrəylik Partiyası seçkilərdə qalib gələrək parlamentdə 63 yer qazanaraq təkpartiyalı hökumət qura bilib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki