Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Tehrana səfərə gedib.
Elchi.az bu barədə İran KİV-ə istinadən xəbər verir.
Məlumata görə, səfər çərçivəsində şahzadə Xalid İranın yüksək rütbəli hərbi və siyasi nümayəndələri ilə görüşlər keçirəcək. Xüsusilə, İran Silahlı Qüvvələrinin Qərargah rəisi general-mayor Mohammad Baqeri ilə görüş planlaşdırılır. Həmçinin digər yüksək səviyyəli danışıqlar da gözlənilir.