ABŞ-da Denverdən Edmontona uçan sərnişin təyyarəsinin mühərrikinə dovşan girib. Mühərrikdən alov çıxdığını görən sərnişinlər panikaya düşüb və təyyarə təcili eniş edib.
Elchi.az xəbər verir ki, ABŞ-da Denverdən Edmontona uçan United Airlines-a məxsus Boeing 737 sərnişin təyyarəsinin mühərriklərindən birinə dovşan girib. Təyyarənin sağ qanadındakı mühərriklərdən biri havaya qalxdıqdan az sonra yanıb. Mühərrikdən alov çıxdığını görən sərnişinlər təşvişə düşüb və qışqırmağa başlayıblar.
Pilot qəza çağırışından sonra sağ qanad mühərrikini söndürüb və 75 dəqiqə sonra Denverə təcili eniş edib. Təyyarədə olan 159 sərnişin və ekipaj üzvlərinin hamısı təxliyə edilib, insident zamanı xəsarət alan olmayıb.
Bildirilib ki, pilot qülləyə dovşanın iki nömrəli mühərrikə girdiyini bildirib. Dovşanın uçuş zamanı mühərrikə girdiyi güman edilir. “Təyyarədə partlayış və şiddətli silkələnmə hiss etdik, lakin dırmaşmağa davam etdik. Mühərrikdən çıxan alov hər kəsi panikaya saldı”, – sərnişin Skott Volf deyib.
Şayəstə Hüseynova