Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan və “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) gəlirləri 2 183,5 mln. manat təşkil edib, bu da illik müqayisədə 43,1% çoxdur.
xəbər verir ki, ARDNF-nin rüblük hesabatına istinadən verdiyi xəbərə görə, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 2 001,6 mln. manat, “Şahdəniz” yatağından isə 181,9 mln. manat məbləğində vəsait daxil olub.
Qeyd etmək lazımdır ki, 2024-cü ilin müvafiq düvrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında qeyd olunan göstəricilər müvafiq olaraq 38,3% və 2,3 dəfə artıb.
Hesabata əsasən, 2025-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 017,2 mln. manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 2 251,9 mln. manat, bonus ödənişləri və tranzit gəlirləri 765,3 mln. manat təşkil edib.