image-thumbs-b-c-fa30bdf75e9689726394e1d1c26bc515backend

Liviya terrorla mübarizədə İordaniyaya həmrəylik mesajı göndərib

Liviya Milli Birlik Hökumətinin xarici işlər naziri vəzifəsini icra edən Tahir əl-Baur İordaniyanın xarici işlər naziri Ayman əs-Səfədiyə ölkəsinin terrorla mübarizədə İordaniya ilə həmrəy olduğunu bildirib.
Elchi.az xəbər verir ki, Liviya Milli Birlik Hökumətinin Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Baurun Safadi ilə telefonla danışdığı bildirilib.
Məlumata görə , görüş zamanı Baur ölkəsinin İordaniyanın təhlükəsizliyini və sabitliyini hədəfə alacaq istənilən terror planını qətiyyətlə pislədiyini bildirib.
Baurun ölkəsinin terrorla mübarizədə İordaniya ilə həmrəy olduğunu, Liviyanın hər cür terror və ekstremizmə qarşı İordaniya ilə ortaq mövqe tutduğunu vurğuladığı qeyd edilib.
Görüş zamanı iki ölkə arasında əlaqələr və ortaq əhəmiyyət kəsb edən məsələlərin müzakirə edildiyi də bildirilib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki