image-trump-reu-2349146_1backend

Kaliforniya, tariflərə görə Trump administrasiyasını məhkəməyə verən ilk ştat oldu

Kaliforniya qubernatoru Gavin Newsom, ABŞ Prezidenti Donald Trampın Çin, Kanada və Meksika da daxil olmaqla ölkələrə tətbiq etdiyi gömrük rüsumlarına qarşı hüquqi addımların atılacağını açıqlayıb.
Elchi.az xəbər verir ki, Qubernator Newsom Ofisi, Trampın tarifləri ilə bağlı Şimali Kaliforniya Dairə Məhkəməsində başlanacaq hüquqi proseslə bağlı açıqlama yayıb.
Açıqlamada Trampın prezidentə maliyyə əməliyyatlarını yalnız xarici təhdidlərə qarşı dondurmaq və bloklamaq səlahiyyəti verən Beynəlxalq Fövqəladə İqtisadi Güclər Aktından (IEEPA) istifadə etməsinin qanuna zidd olduğu və buna görə də hüquqi addımların atılacağı bildirilib.
Bəyanatda bu tariflərin qüvvəyə minməsi üçün Konqresin təsdiqinin lazım olduğu və iddianın məhkəmədən tariflərin dayandırılması üçün təcili tədbirlər tələb ediləcəyi qeyd edilib.
Mövzu ilə bağlı açıqlama verən Newsom, tariflərin IEEPA çərçivəsində qiymətləndirilə bilməyəcəyini ifadə edərək, Trampın tariflərinin Kaliforniya ailələri, müəssisələr və əyalət iqtisadiyyatı üzərində “dağıdıcı təsir” etdiyini vurğuladı.
Kaliforniya ABŞ ştatları arasında ən böyük iqtisadiyyata malikdir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki