image-trump-reu-1775186_1backend

Tramp “ağ azlığa qarşı soyqırım” iddiası ilə G20 sammitində iştirak etməkdən imtina edib

ABŞ prezidenti Donald Tramp bu ölkədə ağ azlığa qarşı “soyqırım” və “torpaq müsadirəsi” iddialarını əsas gətirərək noyabrda Cənubi Afrikanın ev sahibliyi edəcəyi G20 Sammitində iştirak etmək istəmədiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, “Torpaqların müsadirə edilməsi və soyqırımın əsas gündəm bəndləri olduğu halda, çox vacib G20 görüşü üçün Cənubi Afrikaya getməyimizi necə gözləmək olar?” Tramp özünün Truth Social hesabında yazıb.
Cənubi Afrikada “ağ fermerlərin torpaqlarının qəsb edildiyi və ailələri ilə birlikdə öldürüldüyü” iddialarını təkrarlayan Tramp, “Media bu barədə xəbər verməkdən imtina edir. ABŞ Cənubi Afrikaya verdiyi bütün dəstəyi geri götürdü. G20 üçün orada olmaq istəyirik? Mən belə düşünmürəm!” qiymətləndirmə aparıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki