Çinlə ticarət müharibəsi ABŞ-a baha başa gələcək.
Elchi.az xəbər verir ki, bu barədə Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen X sosial şəbəkəsindəki səhifəsində bildirib.
“Bu iqtisadi müharibə baha başa gələn bir səhv olacaq” deyə o yazıb.
Professorun sözlərinə görə, Çin əsasən özünü təmin edir, ABŞ isə nadir torpaq metallarına görə Çindən həddindən artıq asılıdır.
Bundan əvvəl Çinin ticarət naziri Vanq Ventao ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tariflərin humanitar böhrana səbəb ola biləcəyini bildirmişdi . O qeyd edib ki, ABŞ-ın “qarşılıqlı” tarifləri inkişaf etməkdə olan ölkələrə böyük ziyan vuracaq.
Nuranə Məmmədova