Sabah İranla birbaşa danışıqlara qatılacaq ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff İranla güzəştə açıq olduqları mesajını verib.
Elchi.az xəbər verir ki, ABŞ adından Omanda keçiriləcək birbaşa danışıqlara qatılan Witkoff Amerikanın Wall Street Journal (WSJ) qəzetinə son vəziyyəti dəyərləndirib.
“ABŞ administrasiyasının əsas prioriteti İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır”. Witkoff bunun onlar üçün “qırmızı xətt” olduğunu vurğulayaraq deyib.
Birbaşa danışıqlar üçün ilkin strategiyalarını da açıq şəkildə ifadə edən Witkoff, “Mövqeyimiz (İranın nüvə proqramını) aradan qaldırmaqla başlamaqdır. Bu, bizim başlanğıc mövqeyimiz olacaq. Amma bu, iki ölkə arasında güzəştə getmək üçün başqa yollar tapa bilməyəcəyimiz anlamına gəlmir” deyib.
O, İrana deyib: “Bu nöqtədə bizim qırmızı xəttimiz sizin nüvə potensialınızı silahlandırmaq olmaz”. Witkoff deyib ki, İran nüvə proqramını ləğv etməkdən imtina edərsə, məsələni prezident Trampa çatdıracaq və Ağ Ev İranın nüvə fəaliyyətlərinin nə qədərinə dözəcəyi ilə bağlı çətin seçim qarşısında qala bilər.
ABŞ-İran nüvə danışıqları
2018-ci ildə ölkəsini İranla bağlanmış nüvə sazişindən birtərəfli qaydada çıxaran ABŞ prezidenti Tramp ötən ay İran lideri Əli Xamneyiyə məktub göndərərək İranla birbaşa nüvə danışıqlarına çağırıb.
İran təhdidlərin də yer aldığı məktuba Oman vasitəsilə cavab verib, təhdid və təzyiq altında birbaşa danışıqlara getməyəcəklərini və yalnız dolayı danışıqlara hazır olduqlarını bildirib.
ABŞ prezidenti Tramp isə aprelin 7-də Ağ Evdə insanlığa qarşı cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs qərarı çıxarılan İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə şənbə günü İran və ABŞ arasında “birbaşa” danışıqlar aparılacağını açıqlayıb.
“Biz birbaşa İranla görüşəcəyik. Ola bilsin ki, əla olacaq bir razılaşma əldə olunsun. Şənbə günü ən yüksək səviyyədə görüşəcəyik və bunun necə nəticələnəcəyini görəcəyik”, – Tramp bildirib.
İranın xarici işlər naziri Abbas Erakçi də həmin gün İran və ABŞ arasında danışıqların aprelin 12-də Omanda “dolayı yolla” keçiriləcəyini açıqlayıb.
Şayəstə Hüseynova