image-thumbs-b-c-db2f191d1aae76fa73aa2478ab3cd6a7backend

Rusiya: ABŞ və Çin arasındakı tarif müharibəsinin dünya iqtisadiyyatı üçün nəticələri olacaq

Kremlin sözçüsü Dmitri Peskov ABŞ və Çin arasındakı “tarif” müharibəsinin dünya iqtisadiyyatı üçün nəticələrinin olacağını deyib və əlavə edib: “Biz vəziyyəti diqqətlə izləyirik”.
Elchi.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərə açıqlamasında cari məsələləri dəyərləndirib.
ABŞ və Rusiya nümayəndə heyətlərinin İstanbulda ikinci görüşünün davam etdiyini bildirən Peskov, “Rusiya və ABŞ xarici işlər nazirlikləri arasında danışıqlar ikitərəfli əlaqələrin yaxşılaşdırılması və əlaqələrdəki problemlərin həlli üçün aparılır. Danışıqlarda Ukrayna məsələsi müzakirə olunmur” -deyib.
Qərbdə dondurulan Rusiya varlıqlarının taleyi ilə bağlı sualı cavablandıran Peskov, Avropa Birliyinin (AB) bu mövzuda yanaşmasının dəyişmədiyinə diqqət çəkərək, “Bilirik ki, bəzi ölkələr bu yanaşmanı paylaşmır, çünki bunun hüquqi nəticələri olacağını başa düşürlər. Doğrudan da bunun nəticələri olacaq. Rusiya heç vaxt öz varlıqlarından imtina etməyəcək”. O, belə danışdı.
Peskov ABŞ və Çin arasındakı “tarif” müharibəsinə də toxunaraq , “Biz vəziyyəti diqqətlə izləyirik. Bütün bunların dünya ticarəti və dünya iqtisadiyyatı üçün nəticələri olacaq” –  ifadələrdən istifadə edib.
AB-nin Serbiya baş nazirinin müavini Aleksandar Vulinə təzyiq etdiyini ifadə edən Peskov sözlərini belə davam etdirdi:
“Təəssüf ki, Avropa ölkələri və qurumları son aylarda siyasi təqiblərə əl atmaq meyli nümayiş etdirirlər. Onlar fərqli düşünən siyasətçilərə təzyiq göstərirlər. Avropalılar bunu etməməlidir. Onlar qəbul etdikləri demokratik standartlardan kənara çıxırlar. Bu, acınacaqlı vəziyyətdir”.
Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyanı Çini müharibəyə sürükləməklə bağlı səsləndirdiyi ittihamlara gəlincə, Peskov deyib: “Bu, doğru deyil. Çin (Ukrayna məsələsinə) balanslı yanaşır. Çin bizim strateji tərəfdaşımız və dostumuzdur. Ona görə də Zelenski yanılır” deyə qiymətləndirmə aparıb.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki