image-irak-basbakani-sudani-ve-suriye-cumhurbaskani-sara-gorustu-6a6jbackend

İraqın baş naziri Sudani və Suriya prezidenti Şara görüşüb

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani və Suriya prezidenti Əhməd Şara Qətərdə görüşüblər.
Elchi.az xəbər verir ki, İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə Suriya prezidenti Əhməd Şəra Qətərin paytaxtı Dohada ilk görüşü keçirib. Qətərin vasitəçiliyi ilə keçirilən görüşdə Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani də iştirak edib.
Məlumat verilib ki, görüş zamanı birgə sərhəd təhlükəsizliyi məsələsi müzakirə olunub və ümumi təhlükələrə qarşı mübarizə məqsədilə iki ölkənin müvafiq qurumları arasında sahə və kəşfiyyat koordinasiyasının artırılmasına dair razılıq əldə olunub.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki