image-thumbs-b-c-b2145fa838ecb1e2fa64471e72e4217cbackend

Ticarət müharibəsi şiddətlənir: ABŞ-dan Çinə cavab!

ABŞ Çinin ABŞ-a 84 faiz əlavə vergi tətbiq etmək qərarına cavab verib.
Elchi.az xəbər verir ki, ABŞ özünə 84 faiz əlavə rüsum tətbiq edəcəyini açıqlayan Çinə cavab verib.
Çinin tarifləri ilə bağlı cəsarətli açıqlama verən ABŞ Maliyyə Naziri Scott Bessent, “Çinin gəlib danışıqlar aparmaq istəməməsi və tariflərlə bağlı verdiyi qərar təəssüf doğurur. Çin tarifləri artıra bilər, bəs nə? Çinin bu vəziyyəti gərginləşdirməsi onlar üçün itkidir. Gəlib masaya otursunlar” deyib.
Bessent, Vyetnamın bu gün tariflərlə bağlı danışıqlara gələcəyini və Yaponiya, Hindistan və Cənubi Koreyanın da görüşmək istədiyini bildirib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki