NASA-nın Ceyms Uebb Kosmik Teleskopu (JWST) təxminən 1500 işıq ili uzaqlıqda yerləşən NGC 1514 adlı planetar dumanlığın indiyədək ən ətraflı təsvirini əldə edib.
Elchi.az xəbər verir ki, İngilis astronomu William Herschel tərəfindən 1790-cı ildə kəşf edilən NGC 1514 səmadakı digər dumanlıqlardan fərqli görünürdü.
Herşel bu quruluşun tək bir ulduzu əhatə edən zəif atmosferə bənzədiyini yazırdı.
Son iki əsrdə bir çox teleskop tərəfindən baxılan bu sirli dumanlıq sonuncu dəfə JWST-nin orta infraqırmızı müşahidələri ilə ətraflı şəkildə araşdırılıb.
İkili ulduz sistemi və xəyal üzükləri
Görüntülərdə tək ulduz kimi görünən dumanlığın mərkəzindəki quruluş əslində bir-birinə yaxın olan iki ulduzdan ibarətdir.
Bu ulduzlardan biri Günəşdən bir neçə dəfə böyük olanda, xarici təbəqələrini kosmosa tökərək həyatının son mərhələsinə qədəm qoydu.
Beləliklə, onu əhatə edən dumanlıq quruluşu meydana gəldi. 2017-ci ildə edilən müşahidələrlə bu sistemin ikili ulduz quruluşu olduğu aydın oldu.
Hazırda bu iki ulduzdan biri ağ cırtdana çevrilib. Digəri isə üfüqi budaq olaraq bilinən mərhələdə nəhəng bir ulduz olaraq həyatını davam etdirir.
Şayəstə Hüseynova