image-42c715a5-e0bc-323a-b066-08d68c269951_850backend

ABŞ-də universitetdə atışma olub, 4 nəfər yaralanıb

ABŞ-nin Florida ştatının Tallahassi şəhərində yerləşən universitetinin kampusunda atışma baş verib.

Elchi.az xəbər verir ki, bu barədə CBS telekanalının yerli bölməsi məlumat yayıb.

Hadisə nəticəsində 4 nəfər yaralandığı bildirilir.

İlkin məlumata görə, silahlı şəxs təhsil müəssisəsinin ərazisindən çıxarkən görüntülənib. Şübhəlinin həbsi ilə bağlı hələlik məlumat yoxdur.

Atışma baş verən əraziyə yaxın olan bütün məktəblər təhlükəsizlik məqsədilə bağlanıb. Universitet ərazisində polis növbətçilik çəkir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki