image-thumbs-b-c-6df927942ef6ae74c8b31f0c53dca1d2backend

Avropa İttifaqından ABŞ-a tarif cavabı!

Aİ, 27 AB ölkəsinin icazə verməsindən sonra ABŞ-ın soya, motosiklet və portağal suyu kimi 22 milyard avro dəyərində məhsullarına gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb. Yeni tənzimləmə ilə 15 aprel tarixindən etibarən bəzi Amerika məhsullarına əlavə vergilər tətbiq olunacaq.
Elchi.az xəbər verir ki, Aİ, 27 AB ölkəsinin icazə verməsindən sonra ABŞ-ın soya, motosiklet və portağal suyu kimi 22 milyard avro dəyərində məhsullarına gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb.
Aİ ABŞ-ın tariflərinin ədalətsiz və qlobal ticarətə zərərli olduğunu, bütün tərəflərə zərər verdiyini və qarşılıqlı faydalı danışıqların yalnız nəticə verə biləcəyini vurğulayıb.
Aİ Trampın polad və alüminium tariflərinə qarşı hazırladığı tədbirləri üç mərhələdə həyata keçirəcək. Bəziləri gələn həftə, digərləri isə may ayının ortalarında qüvvəyə minəcək. Son mərhələnin dekabrda həyata keçiriləcəyi bildirilir.
Bildirilib ki, səsvermədə iştirak edən 27 ölkədən 26-sı ABŞ-a qarşı sanksiyaları təsdiqləyib, yalnız Macarıstan onları rədd edib. Macarıstanın Xarici İşlər və Ticarət Naziri Peter Szijjarto, X-dəki yazısında; ‘Qisas almaq cavab deyil. Bu cür tədbirlər qiymətləri artırmaqla Avropa iqtisadiyyatına və onun vətəndaşlarına zərər verəcək. “Cavab vermənin yeganə yolu danışıqlardır, qisas deyil.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki