Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib ki, Çin Ukrayna münaqişə zonasına hərbi personal göndərməyib.
Elchi.az xəbər verir ki, diplomat vurğulayıb ki, Çin hakimiyyəti vətəndaşlardan döyüşlərdən uzaq durmağı tələb edir.
“Çin hökuməti həmişə öz vətəndaşlarından Ukraynadakı silahlı münaqişə zonasından uzaq durmağı, hər hansı formada iştirakdan çəkinməyi, xüsusən də hər iki tərəfin hərbi əməliyyatlarında iştirak etməkdən çəkinməyi tələb edib”, – Lin Jian brifinqdə deyib.
Bir gün əvvəl Ukrayna Xarici İşlər Nazirliyi Çinin müvəqqəti işlər vəkilini Ukrayna münaqişəsində Çin vətəndaşlarının guya iştirakını müzakirə etmək üçün çağırıb.
Kiyev rejiminin başçısı Volodimir Zelenski bəyan edib ki, Ukrayna hərbi qüvvələri Rusiya tərəfində hərbi əməliyyatlarda iştirak edən iki Çin vətəndaşını ələ keçirib. Onun sözlərinə görə, həmin məhbusların sənədləri, bank kartları və şəxsi məlumatları var.
Çin Xarici İşlər Nazirliyi dəfələrlə vurğulamışdır ki, Pekin böhranın siyasi həllində israrlıdır və münaqişənin bütün tərəflərini öldürücü silahlarla təmin etməkdən çəkinir.
Yeganə