image-42229ce2-888a-3eee-85e5-938ebee40ae9_850backend

İrandan Ermənistana 12 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Ermənistan Dövlət Gəlirlər Komitəsinin əməkdaşları İrandan ölkəyə daxil olan yük maşınında böyük miqdarda narkotik aşkar ediblər.

Elchi.az -ın erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“Meqri” sərhəd məntəqəsində yoxlama zamanı yük maşınının kuzasında, su qabları arasında gömrük işçiləri alüminium folqaya bükülmüş şübhəli qablar aşkar ediblər. İçərisində ümumi çəkisi 11 kq 962 qram olan, ehtimal ki, metamfetamin olan maddə olan 15 paket olub.

Yük maşınının sürücüsü, İran vətəndaşı saxlanılıb. İstintaq zamanı məlum olub ki, o, narkotikləri başqa bir İran vətəndaşına təhvil verməli imiş.

Hüquq-mühafizə orqanlarının nəzarəti altında yük maşınının sürücüsü dəyişdirilmiş paketlərlə İrəvana göndərilib və təhvil zamanı hər ikisi saxlanılıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki