image-67f69c38a3f5867f69c38a3f59174421509667f69c38a3f5667f69c38a3f57backend

Azərbaycan XİN Dominikan Respublikası hökumətinə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Dominikan Respublikasının paytaxtı Santo-Dominqoda baş vermiş hadisə ilə bağlı ölkə hökumətinə başsağlığı verib.

Elchi.az xəbər verir ki, XİN-in “X” hesabında paylaşdığı mətndə deyilir:

“Santo-Dominqoda onlarla insanın həlak olması və yaralanması ilə nəticələnən binanın uçması ilə əlaqədar Dominikan Respublikası hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Bu faciəvi hadisədə yaralananların hamısına tezliklə şəfa diləyirik.”

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki