Rusiya ordusu operativ-taktiki raketlər istehsal edən Ukrayna müəssisəsini vurub.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyat zonasında vəziyyətlə bağlı gündəlik brifinq zamanı jurnalistlərə məlumat verib.
Bundan əlavə, 149 rayonda hücum pilotsuz təyyarələrinin istehsalı emalatxanaları və onların saxlanma yerləri, habelə canlı qüvvənin cəmləşməsi, Ukrayna Silahlı Qüvvələrinin və əcnəbi muzdluların texnikası zədələnib. Rusiya Müdafiə Nazirliyi dəqiqləşdirib ki, hücum əməliyyat-taktiki aviasiya, pilotsuz uçuş aparatları, raket qüvvələri və artilleriyadan istifadə edilməklə həyata keçirilib.
Nuranə Məmmədova