Rusiya Ukrayna ilə müharibədə çox böyük əks-hücuma hazırlaşır.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” telekanalının saytında dərc olunan “Ukrayna qan gölünə çevriləcək. Böyük müharibənin ünvanı Belqorod” sərlövhəli məqalədə yazılıb.
Qeyd olunub ki, Ukrayna qoşunları Rusiyanın Kursk vilayətindən çıxandan sonra bu dəfə Belqorod vilayətində genişmiqyaslı əks-hücuma başlayıb: “Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin qarşısını kəsib. İndi Rusiyanın çox böyük əks-hücuma keçəcəyi gözlənilir”.
Bildirilib ki, Ukraynanın Belqorodda əməliyyatlara başlamasının məqsədi Rusiyanın yaxın gələcəkdə atəşkəsə razı olmasıdır.
Həmçinin vurğulanıb ki, “Yeni Kursk müharibəsi” kimi xarakterizə edilən Belqorod döyüşlərində Rusiyanın imkanları Ukraynanınkından üç dəfə çoxdur.