image-16affe78-0e5e-3b4e-a3de-b839ab0809c3_850backend

Livanda “Hizbullah”ın diversiya qruplaşmasının komandiri öldürülüb

İsrail hərbi aviasiyasının endirdiyi zərbələr nəticəsində Livanın cənubunda “Hizbullah” təşkilatının “Radvan” diversiya qruplaşmaları bölməsinin komandiri öldürülüb.

Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“İsrail HHQ-nin endirdiyi zərbə nəticəsində Livanın cənubunda “Hizbullah”ın “Radvan” qüvvələrinin batalyon komandiri Əhməd Adnan Baciqa öldürülüb “, – məlumatda bildirilib.

Qeyd olunub ki, həmin şəxs son aylarda İsrailin arxa cəbhəsinə qarşı terror hücumlarına rəhbərlik edib və İsrailə, eləcə də onun mülki əhalisinə təhlükə törədib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki