Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) İsrailin qadağasından sonra martın 2-dən Qəzza zolağına heç bir humanitar yardım materialının daxil olmadığını açıqlayıb.
Elchi.az xəbər verir ki, UNRWA-nın X hesabında dərc olunan hesabatda, İsrailin blokadadan sonra 2 martdan bu yana Qəzzaya heç bir humanitar və ya kommersiya materialının daxil olmadığı bildirilib.
Hesabatda UNRWA-nın baş komissarı Filip Lazzarini, “Qəzza xalqı sağ qalmaq üçün İsrail üzərindən idxala bağlıdır. Yardımsız hər gün daha çox uşağın ac qarnına yatması, xəstəliklərin yayılması və yoxsulluğun dərinləşməsi deməkdir” dedi. Bildirilib ki:
Xəbərdə 19 martda Deyr əl-Belahda BMT-nin iki qonaq evinə edilən hücumda BMT-nin Layihə Xidmətləri Ofisinin (UNOPS) əməkdaşının öldüyü, 6 BMT əməkdaşının isə yaralandığı xatırladılıb və 7 oktyabr 2023-cü ildən bu yana 284 UNRWA əməkdaşının öldürüldüyü qeyd edilib.
Hesabatda həmçinin qeyd olunub ki, 25 mart tarixinə Qəzza zolağında müvəqqəti sağlamlıq mərkəzi kimi istifadə edilən UNRWA-nın 22 sağlamlıq mərkəzindən yalnız 6-sı və UNRWA-nın əlavə 4 icarə obyekti fəaliyyət göstərir və səhiyyə xidmətləri həm yaşayış mərkəzlərinin daxilində, həm də xaricində yerləşən 53 tibb məntəqəsi vasitəsilə həyata keçirilir.
Qeyd olunub ki, UNRWA İsrailin yenidən bombardmanlarına başladıqdan sonra uşaqlar üçün təhsil və psixososial dəstək fəaliyyətlərini azaltmalı olub.
UNRWA-nın işğal altındakı İordan çayının qərb sahilindəki fəaliyyəti
Hesabatda İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində bir çox şəhərlərə genişmiqyaslı hücumlarının davam etdiyi, UNRWA və tərəfdaşlarının təcili humanitar yardım, psixososial dəstək və mobil sağlamlıq klinikaları və onlayn təhsil kimi xidmətlər göstərməyə davam etdiyi bildirilib.
Martın 27-də UNRWA-nın sosial media platforması X hesabında edilən açıqlamada, bir gündə Qəzzada 180-dən çox uşağın İsrailin hücumları altında öldürüldüyü açıqlanıb.
Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının birinci mərhələsi başa çatdıqdan sonra İsrail martın 2-də Qəzza zolağına hər cür humanitar yardımın girişini dayandırıb, martın 9-da isə elektrik enerjisini kəsib.
Yeganə