Gürcüstan üçün Abxaziya və Cənubi Osetiya məsələsinin açarı rus qoşunlarının çıxarılması olacaq.
Elchi.az xəbər verir ki, bu fikri Rumıniyanın “Adevarul” nəşrinə müsahibəsində Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri, hakim “Gürcü arzusu” partiyasından olan deputat Nikoloz Samxaradze deyib.
Onun sözlərinə görə, bu məsələ yaxın vaxtlarda öz həllini tapmayacaq. Parlamentari onu da vurğulayıb ki, Rusiya tanınmamış respublikalarda infrastruktur layihələrinin icrasını sürətləndirib və onlara nəzarəti gücləndirib.
“Məsələnin həllinin açarı Rusiya qoşunlarının bu ərazilərdən, Abxaziya və Osetiyadan çıxarılmasıdır. Düşünmürəm ki, Rusiyanın yaxın gələcəkdə bunu etmək niyyətindədir”, – siyasətçi qeyd edib.
Bundan əvvəl Samxaradze bəyan etmişdi ki, Rusiyanın Gürcüstanda heç bir dostu və ya rusiyayönlü siyasi birlikləri yoxdur. O, həmçinin Rusiyanı respublika üçün dost dövlət hesab etməkdən imtina edib.
Nuranə Məmmədova