image-3a4d077bc35ff4ce74ef98682c90aa7fbackend

Zelenski Trampın ideyası ilə razılaşaraq atəşkəs şərtlərini irəli sürür

 Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampın təşəbbüsü ilə razılaşmasına baxmayaraq, respublika ərazisində atəşkəs üçün yeni şərtlər irəli sürüb.
Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri Finlandiya prezidenti Aleksandr Stubb ilə keçirdiyi mətbuat konfransında bildirib.

“Mən çox istəyirəm ki, real nəzarət olsun… Bu nəzarətin əsas subyekti ABŞ olmalıdır. Əgər belə bir razılaşmamız olarsa, obyektlərin siyahısı olacaq: mülki obyektlər, enerji obyektləri, infrastruktur obyektləri”, – Ukrayna prezidenti bildirib. Zelenski əlavə edib ki, Ukrayna tərəfdaşlara veriləcək obyektlərin siyahısını hazırlayacaq. Onun sözlərinə görə, Moskva razılaşmalara əməl etsə, Kiyev də eyni şəkildə cavab verəcək.
Ötən gün Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. Onun nəticəsi Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlardan çəkinməyə razılığı oldu.
Rusiya da hazırda 30 günlük atəşkəs dövründə Ukraynada məcburi səfərbərliyin dayandırılıb-dayandırılmaması ilə bağlı qərar gözləyir. Federasiya Şurası qeyd edib ki, ABŞ bu tələbi dəstəkləyə bilər, lakin Kiyev hakimiyyəti onu düşmənçiliklə qəbul edə bilər.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki