image-32_1746617286backend

Avropa Rusiyanın qalıq yanacaqlarından imtina edəcək

Avropa Birliyi (AB) Komissiyasının sədri Ursula von der Leyen Rusiyanın qalıq yanacaqlarını mərhələli şəkildə ləğv etmək üçün son addımları atdıqlarını deyib. Onun sözlərinə görə, Avropada Rusiya qalıq yanacaqlarının dövrü sona çatır.

Elchi.az xəbər verir ki, Leyen bu barədə Strasburqda Avropa Parlamentinin (AP) plenar iclasında çıxış edib.

“Biz Rusiyadan enerji idxalına milyardlarla vəsait xərcləməyi dayandırmalıyıq”,-deyə Leyen vurğulayıb.

Von der Leyen Rusiyanın etibarlı enerji təchizatçısı olmadığını dəfələrlə sübut etdiyini qeyd edərək, Rusiyanın 2006, 2009, 2014, 2021-ci illərdə və müharibə dövründə Avropaya qaz axınını kəsdiyini xatırladıb.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki