image-thumbs-b-c-2860fcce8a67086b41d06418fd49cba7backend

Rusiya: Donetskdəki Troyitskoye qəsəbəsi bizim nəzarətimizə keçdi

Rusiya Müdafiə Nazirliyi atəşkəs prosesi ərəfəsində Donetsk bölgəsindəki Troyitskoye qəsəbəsini nəzarətə götürdüklərini açıqlayıb.
Elchi.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı yenilənmiş məlumat verilib.
Bəyanatda Rusiyanın Ukraynada İkinci Dünya Müharibəsində qələbəsinin 80-ci ildönümündə müvəqqəti atəşkəs elan etdiyi xatırladılıb və deyilir: “Mərkəzi Hərbi Qrupun qoşunları atəşkəs prosesi başlamazdan əvvəl Donetsk Xalq Respublikasının Troyitskoye qəsəbəsini azad edib.”
Aprelin 28-də Rusiya prezidenti Vladimir Putin İkinci Dünya Müharibəsində qələbənin 80-ci ildönümünü qeyd etmək üçün Ukraynada mayın 7-dən 8-nə keçən gecə yarısından 10-11-i gecə yarısınadək atəşkəs rejiminin tətbiqi barədə qərar verib.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki