image-sudandan-baeye-sert-darbe-dusman-devlet-ilan-edildi-17465429355959backend

Sudan BƏƏ-yə ağır zərbə vurdu: “Düşmən dövlət” elan edildi!

Sudanın Təhlükəsizlik və Müdafiə Şurası Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik əlaqələrin tamamilə kəsildiyini elan edib.
Elchi.az xəbər verir ki, Sudanda hökumət Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) rəsmən “düşmən dövlət” elan edib.
Qərardan sonra Əbu-Dabi ilə bütün diplomatik əlaqələr kəsilib.
Guardian-ın eksklüziv hesabatına görə, Britaniya Xarici İşlər Nazirliyinin rəsmiləri Afrikadakı diplomatlara BƏƏ-ni RSF-yə silah tədarükü ilə bağlı açıq şəkildə tənqid etməmələri üçün təzyiq edib. İddialar İngiltərənin Körfəzdəki müttəfiqi ilə münasibətlərini qorumaq üçün insan haqlarının pozulmasına göz yumması ilə bağlı şərhlərə səbəb olub.
Beynəlxalq insan haqları vəkili Yonah Diamond bildirib ki, Efiopiyada qeyri-rəsmi təmaslarda Britaniya rəsmiləri bəzi dövlətləri BƏƏ-ni qınamaqdan çəkindirməyə çalışıblar. Diamond, həmçinin BƏƏ-yə qarşı hüquqi tədbir görülməsinin mümkünlüyünün masada olduğunu bildirib.
RSF-nin Əl-Fəşərin mühasirəsi dinc əhalinin etnik mənsubiyyətinə görə hədəf alındığına dair güclü dəlillərlə birlikdə bölgədə “soyqırım” ehtimalını artırdı. Beynəlxalq insan haqları təşkilatları xəbərdarlıq ediblər ki, Əl-Fasher yıxılarsa, genişmiqyaslı qırğın baş verə bilər.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki