image-owl_detail_620_edf35ee454b9fbf464aa37469af86c5ebackend

Kadırov istefası ilə bağlı sözlərinə münasibət bildirib

Ruslar Çeçenistan rəhbəri Ramzan Kadırovun istefası ilə bağlı dediklərini səhv başa düşüblər.
Elchi.az  xəbər verir ki, bu barədə onun özü Telegram-da məlumat verib.
Bu gün, mayın 6-da səhər saatlarında Kadırov tutduğu vəzifədən azad edilməsini istədiyini etiraf edən bəyanat yayıb.
Kadırovun fikrincə, regional lider vəzifəsində qalıb-qalmamağa qərar verən o deyil. Eyni zamanda o, federal mərkəzə istefa ərizəsi verdiyini inkar etməyib. “Bəli, soruşa bilərəm və ya təklif edə bilərəm. Amma necə danışsam da, necə soruşsam da, belə bir qərarı yalnız bir nəfər verir – Vladimir Vladimiroviç Putin “, – Çeçenistan rəhbəri öz bloqunda yazıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki