image-zagruzkabackend

FHN Sumqayıtda Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzində Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Elchi.az  xəbər verir ki, tədbir çərçivəsində FHN-in Sumqayıt Regional Mərkəzində Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyulub, Ümummilli Liderə həsr olunmuş foto və kitab sərgilərinə baxış keçirilib.

Daha sonra tədbir rəsmi hissə ilə davam edib.

FHN Sumqayıt Regional Mərkəzinin rəisi Vaqif Fətullayev və digər natiqlər çıxış etdikdən sonra tədbirin bədii hissəsi baş tutub.

Şəhid övladlarından təşkil olunmuş “Əmanət” xor qrupunun üzvləri təltif olunub.

FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Xilasetmə Hissələrinin alət-avadanlıqlarına baxış keçirilib.
Tədbirin sonunda 102 ədəd ağac və gül kolları əkilib, 102 ədəd helium şarı havaya buraxılıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki