Ermənistan vətəndaşlarının 36,4 %-i baş nazir Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasının ən təsirli yolunun növbədənkənar parlament seçkilərinin keçirilməsi olduğunu hesab edir.
Elchi.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu, “Gallup International Аssociation”ın Ermənistan nümayəndəliyinin keçirilən sorğunun nəticələrinə əsasən məlum olub.