2024-cü ildə Qazaxıstanın ən böyük ticarət tərəfdaşları Çin, Rusiya və İtaliya olub, onların payına həm ixracın, həm də idxalın əsas hissəsi düşüb.
Bu barədə Elchi.az “Report”a istinadən xəbər verir.
Məlumata görə, ötən il Qazaxıstanın ixrac gəliri 81 milyard ABŞ dollarını keçib, bunun yarıdan çoxunu – 52,5 %-ni və yaxud 42,9 milyard ABŞ dollarını neft gəlirləri təşkil edib.
Bu il Qazaxıstan Çin, Rusiya və Avropa İttifaqı ölkələri ilə strateji tərəfdaşlığı inkişaf etdirməyi, həmçinin Mərkəzi Asiya bazarlarında mövqeyini gücləndirməyi planlaşdırır.