image-yapay-zeka-okuryazarligi-getty-2294251_1backend

Süni intellekt ünsiyyət testini keçə bilməyib

Cons Hopkins Universitetinin tədqiqatı süni intellektin insanlarla müqayisədə sosial qarşılıqlı əlaqəni şərh etməkdə ciddi çatışmazlıqlara malik olduğunu ortaya çıxarıb.
Elchi.az xəbər verir ki, Con Hopkins Universitetinin tədqiqatçıları süni intellekt sistemlərinin dinamik sosial səhnələri şərh etməkdə insanlar qədər yaxşı olmadığını müəyyən ediblər. Tədqiqata görə, insanlar qısa videolar üzərində sosial qarşılıqlı əlaqəni müəyyən etmək və qiymətləndirməkdə süni intellektdən daha ardıcıldırlar.
Bu çatışmazlıq xüsusilə süni intellektə əsaslanan texnologiyalar, məsələn, avtonom nəqliyyat vasitələri və insanabənzər robotlar üçün böyük problem yaradır. Çünki bu sistemlərin təhlükəsiz işləməsi üçün insan davranışlarını düzgün təhlil etməyi bacarmalıdırlar.
İştirakçılardan üç saniyəlik videolara baxaraq sosial əlaqələri qiymətləndirmələri istəndi. Eyni kliplər 350-dən çox süni intellekt modeli tərəfindən də təhlil edilib. İnsanlar bir-biri ilə yüksək nisbətdə razılaşsa da, AI modelləri uyğun olmayan nəticələr verdi.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki