Fridrix Merts Bundestaqda Almaniya kansleri seçkilərində ikinci tur səsverməsindən imtina etməyi qərara alıb.
Elchi.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Bundestaq bu gün ikinci tur seçkiləri keçirməyəcək.
Bundestaqın sədri Yuliya Klökner daha əvvəl bildirib ki, F.Merts Almaniyanın yeni kansleri seçilmək üçün səsvermənin birinci turunda lazımi mütləq səs çoxluğunu toplaya bilməyib: “Fridrix Merts kansler seçilməsi üçün zəruri olan 316 səsi toplaya bilməyib. Nəticədə də kansler seçilmədi. Merts cəmi 310 səs toplayıb”.