ABŞ-da bir kişi ailəsi ilə gəzərkən yerdə tapdığı parlaq obyektin alüminium deyil, 3,81 karatlıq qiymətli almaz olduğunu anlayıb.
Elchi.az xəbər verir ki, ailəsi ilə birlikdə ABŞ-ın Minnesota ştatındakı Diamonds əyalət parkına gedən Devid Dekuk yerdə parıldayan bir obyekt görüb. İlk baxışdan konfet qabı olduğunu düşündüyü bu əşyanı əlinə alanda onun qiymətli daş olduğunu anlayıb.
Mütəxəssislər DeCookun tapdığı daşın 3,81 karat ağırlığında qəhvəyi almaz olduğunu təsdiqləyiblər. Bu almaz 2025-ci ildə parkda tapılan ən ağır daş kimi qeydə alınıb.
Yağışlar sayəsində üzə çıxdı
Park rəsmiləri aprel ayında bölgəyə yağan güclü yağışın torpağı aşındıraraq almazın səthə çıxmasına şərait yarada biləcəyini bildiriblər. DeKuk brilyantı itinin şərəfinə “Duke Diamond” adlandırdığını söylədi.
Dəyəri 19.000 dollara çata bilər
Zərgərlik mütəxəssisləri daşın dəyərinin 3800-19000 dollar arasında dəyişə biləcəyini təxmin edirlər. DeCook, almazla nə edəcəyinə hələ qərar vermədiyini söylədi.
Şayəstə Hüseynova