image-b3515800-02f8-364e-ace3-655aa3a87781_850-2backend

Kreml 7-9 may tarixlərində bağlı olacaq

Moskvada Qələbə Günü ilə əlaqədar bayram tədbirlərinin keçirilməsi səbəbindən Kreml üç gün ərzində ziyarətçilər üçün bağlı olacaq.

Elchi.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Federal Mühafizə Xidməti məlumat yayıb.

Məhdudiyyətlər 7-9 may tarixləri də daxil olmaqla qüvvədə olacaq.

“1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş bayram tədbirlərinin hazırlanması və keçirilməsi ilə əlaqədar olaraq 7, 8 və 9 may 2025-ci il tarixlərində ziyarətçilərin Kremlə girişinə icazə verilməyəcək”, – məlumatda bildirilib.

Həmçinin qeyd olunan günlərdə Aleksandr bağı ərazisində müvəqqəti məhdudiyyətlər tətbiq edilə bilər.

Şəhərin mərkəzində də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki