Sudanın inzibati mərkəzi olan Port Sudanda Cənub Limanında partlayışlar və yanğınlar baş verib.
Elchi.az xəbər verir ki, ölkənin şərqindəki Port Sudanda güclü partlayış səsləri eşidilib, cənub limanında yanğınlar başlayıb.
Ehtimal olunur ki, yanğınlar yanacaq anbarına hücumdan sonra baş verib.
İnsan Haqları və Azadlıqları (İHH) Humanitar Yardım Fondu tərəfindən dünən Sudana çatdırılan humanitar yardımlar bu limanda qəbul edilib və burada saxlanılır.
Aeroporta da Hücum
Yerli mətbuatın məlumatına görə, Port Sudan Beynəlxalq Hava Limanı da hücuma məruz qalıb və uçuşlar dayandırılıb.
Hələlik Sudan rəsmilərindən heç bir rəsmi açıqlama verilməyib.
Şayəstə Hüseynova