image-putin-pezeskiyan-2backend

Putin Pezeşkianla telefon danışığı aparıb

Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Elchi.az xəbər verir ki, Kremldən verilən açıqlamaya görə, Putin aprelin 26-da Şəhid Rəcai limanında baş verən partlayışda həyatını itirənlərə başsağlığı verib.
Pezeşkian Rusiya Fövqəladə Hallar Nazirliyinə fəlakətin nəticələrinin aradan qaldırılmasında göstərdiyi köməyə görə təşəkkür edib.
Görüşdə yanvarın 17-də Rusiya ilə İran arasında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi əsasında Rusiya-İran əməkdaşlığının daha da inkişaf etdirilməsi məsələləri ətraflı müzakirə edilib, qarşılıqlı faydalı ticarət və investisiya əlaqələrinin genişləndirilməsinin, o cümlədən nəqliyyat və enerji sahələrində iri birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Xarici siyasətdə praktiki əməkdaşlıq
Görüşdə Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların vəziyyəti, aktual beynəlxalq və regional məsələlər müzakirə edilib, Rusiya tərəfinin beynəlxalq hüququn prinsipləri əsasında ədalətli razılığın əldə edilməsi məqsədilə gələcək dialoqa yardım etməyə hazır olduğu təsdiqlənib.
Hər iki lider Rusiya və İran arasında xarici siyasət sahəsində praktiki əməkdaşlığın və koordinasiyanın hərtərəfli gücləndirilməsi üçün birgə işi gücləndirmək barədə razılığa gəliblər.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki