Fransa hökuməti ABŞ-də elmi tədqiqatların maliyyələşdirilməsinin azaldılması şəraitində amerikalı alimlərin ölkədə qəbulu üçün 100 milyon avro ayırmaq niyyətindədir.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Sorbonnada “Avropanı Seç” proqramında Parisin iştirakını şərh edərkən deyib.
Məlumat üçün bildirək, bu proqram dünyanın hər yerindən alimləri Avropa İttifaqına cəlb etmək məqsədi daşıyır.
“Dövlət əlavə olaraq 100 milyon avro ayıracaq”, – o qeyd edib.
Qeyd edək ki, onun sözlərinə görə, Avropa alimlər üçün sığınacaq olmalıdır.
Xavər