Moskvada general Tyulenev küçəsindəki yaşayış binasında baş verən partlayış nəticəsində həlak olanların sayı üçə çatıb.
Elchi.az xəbər verir ki, bu barədə TASS-a operativ xidmətlərdən məlumat verilib.
“Moskvada yaşayış binasında baş verən partlayış nəticəsində üç nəfər həlak olub. Bütün həlak olanlar partlayışın baş verdiyi mənzildə olublar”, – mənbə bildirib.
İlkin məlumatda bildirilir ki, partlayışın səbəbi məişət qazının sızması olub.