image-bsu-slavyanbackend

BSU-nun təmiri ilə bağlı tenderin müddəti 3-cü dəfə uzadıldı

Bakı Slavyan Universitetinin birinci və ikinci tədris binalarının, eləcə də yataqxanasının cari təmiri ilə bağlı elan etdiyi tenderdə növbəti dəfə dəyişiklik edilib.
Elchi.az Teleqraf-a istiandən xəbər verir ki, hər üç düzəlişdə də təkliflərin təqdimedilmə tarixi uzadılıb.
İlk elanda təkliflərin təqdim olunması üçün son tarix aprelin 12-si, daha sonra mayın 5-i müəyyən edilsə də, satınalan şirkət müddəti mayın 16-na qədər uzadıb. Zərflərin elə həmin gün açılması planlaşdırılır.
Qeyd edək ki, tenderin dəyəri 1 milyon 842 min 327 manatdır. İştirak haqqı isə 600 manat təşkil edir.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki